Əli Əhmədov: YAP parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb

Böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası parlament seçkilərinə ciddi şəkildə hazırlaşıb.

Astv.news  məlumatına görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.

Ə.Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini, bütün sahələr üzrə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb. Əli Əhmədov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə müasir dövrün çağırışları ilə səsləşən islahatlar həyata keçirilir və xalqımız, cəmiyyətimiz bu islahatları dəstəkləyir.

Hazırda ölkəmizin mühüm siyasi hadisə ərəfəsində olduğunu deyən YAP Sədrinin müavini fevralın 9-da Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini qeyd edib.

Müşavirədə parlament seçkiləri kampaniyası ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

DİN xəbərdarlıq edib

Şb Yan 11 , 2020
Daxili İşlər Nazirliyi (DİN) xəbərdarlıq edib. DİN-dən Trend-ə verilən məlumata görə, qurumun Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov media nümayəndələrinə müraciət edərək onları fəaliyyətlərini qanunamüvafiq qurmağa, dəqiqləşdirilməmiş, yoxlanılmamış şaiə xarakterli məlumatlardan istifadə etməməyə çağırıb. O bildirib ki, Tovuz rayonunda törədilən qətlin üstünün açılmasına, cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən […]

Sosial

İdman

Video