Əli Əsədovdan rezidenturaya qəbul qaydaları ilə bağlı QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilib.

“Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

3.2-ci bənd aşağıdakı redaksiyada verilib:

“3.2. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar”.

4.1-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilib: “İxtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar”.

5.1-ci bənd aşağıdakı redaksiyada verilib: “5.1. Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır”.

4. 5.3.2-ci yarımbənddə “ixtisas” sözü “baza” sözü ilə əvəz edilib.

6.1-ci bənddə “10 gün müddətində” sözləri “Mərkə tərəfindən müəyyən olunmuş müddətdə” sözləri ilə əvəz edilib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

BDU-da “Məktəblilərarası astronomiya olimpiadası”nın qalibləri mükafatlandırılıb (FOTO)

Şb Dek 21 , 2019
Bakı Dövlət Universitetində (BDU) keçirilmiş “Məktəblilərarası astronomiya olimpiadası»nın qalibləri mükafatlandırılıb. Bakı Dövlət Universitetindən Trend-ə verilən məlumata görə, IX və X sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin […]