Əlilliyi olan şəxslərə bu tibbi xidmətlər pulsuz göstərilməyəcək – SİYAHI

Nazirlər Kabineti “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ni təsdiq edib.

Astv.news xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır:

1. Xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit  “B” və hepatit “C” xəstəlikləri istisna olmaqla);

2. Tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla);

3. Tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr;

4. Cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr;

5. Reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar;

6. Xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması;

7. Kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması;

8. Qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması.Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Psixoloji yardım haqqında” qanunun tətbiqi niyə gecikir?

C İyl 26 , 2019
Şükran Dədəyev Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Bu il yanvarın 25-də prezident İlham Əliyev “Psixoloji yardım haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Qanunun tətbiqini təmin etmək üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Amma 6 ay ötsə də bu sahədə lazımi addımlar atılmayıb. Halbuki bütün dünyada olduğu […]

Sosial

İdman

Video