Ərdoğan Qarabağdan danışdı: “Nə ABŞ, nə də Rusiya bu işi həll edib”

“Dağlıq Qarabağ mövzusunda Azərbaycanın yanındayıq. İşğal altındakı torpaqlar artıq azadlığa qovuşmalı və bölgəyə sülh, əmin-amanlıq gəlməlidir”.

“Hürriyet” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bildiyiniz kimi, “Minsk prosesi” yayındırma olaraq təxminən 25 ildir davam edir. Bu yayındırma taktikası ilə nə ABŞ, nə də Rusiya bu işi həll edib.

“Minsk üçlüyü” indiyə qədər heç bir həll yolu yarada bilmədiyi kimi, keçirilən ikitərəfli görüşlər də, təəssüf ki, heç bir nəticə verməyib”, – Ərdoğan bildirib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda dəhşət: Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib, özünü vurdu

Ç Fev 26 , 2020
Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Baku.ws-in məlumatına görə, Masallı rayon Təzəkənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. Daha sonra əlindəki silahla özünə atəş açıb. Hadisə zamanı hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır. Hadisəyə həyat yoldaşının ondan […]

Sosial

İdman

Video