10 milyonuncu sakinin valideynləri kimdir?

Xəbər verdiyimiz kimi, aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. 

Astv.news xəbər verir ki, unikal.org Azərbaycanın 10 milyonuncu sakini dünyaya gələn körpənin ailəsinin kimliyini araşdırıb. Məlum olub ki, Həsənov Rauf Yunis oğlu Ağdam rayonunun Baş Güneytəpə kəndində anadan olub. Rauf Həsənov hazırda Bakıda polis əməkdaşıdır. Nigar Orucova isə Abşeronda məktəblərin birində müəllim kimi çalışır.

Ailə Abşeron rayonu Sulutəpə qəsəbəsində məskunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir