13 polisi öldürən 21 yaşlı qadın mafiya başçısı belə güllələndi – VİDEO

Meksikada polislə atışma zamanı ölkənin ən güclü narko-kartellərindən birinin rəhbəri olan 21 yaşlı Mariya Quadalupe Lopes Eskivelyunun ölümcül yaralanması ilə bağlı kadrlar yayımlanıb.

Bu barədə “The Sun” xəbər yayıb.

O, gənc olmasına baxmayaraq, Miçokan ştatında hərbçilərə, Milli Qvardiyaya və polislərə hücumları ilə tanınırdı. Bundan əvvəl o, 2019-cu ildə  hüquq-mühafizə orqanları əməkdaşlarına hücum təşkil edib. Həmin vaxt 14 polis həlak olub, doqquz nəfər isə yaralanıb.

21 yaşlı Eskivelyu son əməliyyatı ilə əsgərlərə və polislərə daha bir hücum təşkil edərkən ölüb. Onunla əməliyyatda iştirak edənlərdən altı nəfər isə ələ keçib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda quldurluq edən şəxs tutuldu - FOTO

Ça Yan 14 , 2020
Binəqədi rayonunda quldurluq edən şəxs saxlanılıb. Astv.news  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Əliyev yanvarın 13-də saat 15 radələrində S.Məmmədova küçəsində 1 nəfərin onu bıçaqla hədələyərək pulunu aldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən […]

Sosial

İdman

Video