17 yaşlı gənc deputatlığa namizəd oldu

Fevralın 9-da parlamentə keçiriləcək seçkilərdə ən gənc namizədin 17 yaşı var.

Astv.news  Modern.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən dairələr üzrə namizəd siyahısında 09.02.2002-ci il doğum tarixli Hacı-zadə Nərgiz Yasir qızının 122 saylı Xankəndi seçki dairəsindən qeydə alındığı qeyd olunub.

Maraqlıdır ki, Azərbaycan Konstitusiyasına əsasən deputatlığa namizədliyini irəli sürən şəxsin 18 tamam olmalıdır.

Daha bir qeydə alınmış gənc namizədin 18 yaşı var. 2001-ci il təvəllüdlü Mirzəzadə Ömər Elşən oğlunun namizədliyi 46 saylı Şirvan seçki dairəsindən qeydə alınıb. O, hazırda tələbədir.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

 

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezident İlham Əliyev: Ötən il inflyasiya cəmi 2,6 faiz təşkil edib

Ça Yan 14 , 2020
Keçən il makroiqtisadi vəziyyət sabit olub, inflyasiya cəmi 2,6 faiz təşkil edib. Baxmayaraq ki, çox böyük sosial paket icra edildi. Bu barədə mən dedim. Eyni zamanda, problemli kreditlərin qaytarılması üçün böyük vəsait təmin edildi. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədə qalıb. Bu barədə Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr […]