2019-cu ilin dövlət büdcəsinə dəyişiklik qəbul olundu

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər müzakirə edilib.

Astv.news Trend-ə istinadən xəbər verir ki, ölkədə minimum pensiya məbləğinin və əmək haqlarının artması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200,0 milyon manat və işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsaitindən Fondun gəlir və xərclərinin 15,0 milyon manat artırılması zərurəti yaranıb.

Həmin xərclərin qarşılanması üçün 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin 350,0 milyon manat məbləğində əlavə daxil olması nəzərdə tutulur.

Bununla əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri gözlənilməklə əlavə xərclərin maliyyə təminatı üçün 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin (limitinin) 215,0 milyon manat artırılması və dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin məbləğinin 150,0 milyon manat azaldılması nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şuranın dəstəyilə Mingəçevirdə ekoloji maarifləndirmə tədbiri baş tutub

C İyl 12 , 2019
Astv.news xəbər verir ki,Mingəçevir Regional QHT-lərin Resurs və Təlim mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi İctimai Birliyini Layihəsi olan “Ətraf mühitin qorunmasında vətəndaş cəmiyyəti institutlrının rolu mövzusunda təlim keçirilib. Tədbirin təlimçisi Fizuli Əsədov layihə barədə geniş məlumat verərək qeyd edib […]