5 qadını fahişəliyə cəlb edən Aynurə və Türkiyə vətəndaşının – Cinayət işi

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Aynurə Qocayeva və Türkiyə vətəndaşı Tavukçu Gökhan İbrahimin barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Astv.news -ın teleqraf.com-a istinadən məlumatına görə, cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 144-1.2.2-ci (insan alveri təkrar törətmək), 144-1.2.1-ci (i ki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham edilir.

Onlar Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıblar.

Şəmkir rayon sakini Aynurə Qocayeva bir qrup şəxslə cinayət əlaqəsinə girib. Onlar ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb, insan alverinə məruz qoyduğu faktı müəyyən edilib.

Aynurə Qocayeva bu cinayəti törədərkən Türkiyə vətəndaşı Tavukçu Gökhan İbrahim ilə əlbir olub.

Cinayət işi üzrə 5 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir