Ağciyər Xəstəlikləri İnstitutunda 71 yaşlı xəstə öldü

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1949-cu il təvəllüdlü xəstə ETACXİ-na 06.03.2020-ci il tarixində saat 22.45-də Göyçay RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Sol ağciyərin infiltrativ vərəmi, ikitərəfli plevral reaksiya ilə (sağda sinus, solda VI qabırğa səviyyəsi)” diaqnozu əsasında I Ağciyər vərəmi şöbəsinə yerləşdirilib, müvafiq müalicə təyin olunub.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 19.00-da xəstədə bioloji ölüm qeyd olunub. Ölümün səbəbi “Ağciyər arteriyasının tromboemboliyası. Xroniki ağciyər ürəyi. Sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində (kazeoz pnevmoniya). Ekssudativ plevritlə fəsadlaşma”dır.

Qeyd edək ki, dünən həmin xəstəxanada daha iki xəstə ölmüşdü.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyev üç ölkəyə səfir təyin etdi

Ca Mar 12 , 2020
Prezident İlham Əliyev Azərbaycanın üç ölkədə səfirlərini təyin edib. Bununla bağlı müvafiq sənədlər AZƏRTAC-da dərc olunub. Prezidentin sərəncamı ilə Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin olunub. İlham Əliyevin növbəti sərəncamı ilə Adış […]