Ağdamdakı atışma ilə bağlı saxlanılan var

Dekabrın 5-də Ağdam rayonunun Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılovun həyətinə gəlmiş şəhər sakini O.Məmmədovla aralarında baş vermiş münqişə zamanı C.İsmayılovun tüfəngdən açdığı atəşlə O.Məmmədova xəsarət yetirməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, xəsarət almış O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İsmayılov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bərdədə 3 otaqlı ev yanıb

C Dek 6 , 2019
Bərdə rayonunun Qarayusifli kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin dəhlizinin və mətbəxinin yanar konstruksiyaları 22 m² sahədə, dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən […]

Sosial

İdman

Video