Ağdaş sakinlərindən 2 kq narkotik götürüldü

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Ağdaş şəhər sakini Ruslan Rəsulov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd sellofan torbada ümumi çəkisi 1 kq 10 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Ağdaş RPŞ əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində Ağdaş şəhər sakini Müşfiq Əzizov şübhəli şəxs qismində saxlanılıb. Ondan da üzərində gəzdirdiyi sellofan torbada çəkisi 1 kq 40 qram qurudulmuş marixuana aşkar edilib, qablaşdırılaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əməkdar artistin avtomobilini əzib, bu hala saldılar -VIDEO

Ç Mar 18 , 2020
Əməkdar artist Elnur Kərimovun avtomobilini əzərək yararsız hala salıblar. Musavat.com xəbər verir ki, aktyor bu haqda sosial şəbəkədə paylaşım edib: “Səhər uşağı həkimə aparırdım. Maşına yaxınlaşanda bu mənzərəni gördüm. Maşının şüşəsini qırıblar, alt tərəfi ümumiyyətlə yoxdur. Maşında onsuz da heç nə yox idi, amma yararsız hala salınması insanlıqdan kənar hərəkətdir. Həyətdə […]

Sosial

İdman

Video