Ağsu sakini evində yanaraq olüb

Ağsu rayonunun Xatman kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibi 1938-ci il təvəllüdlü Abulov Akif Xudaverdi oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda piyada ölümü ilə nəticələnən qəza olub

Ç Fev 12 , 2020
Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 11-də saat 13 radələrində Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini M.Novruzov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Raqub Yusifovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nizami […]