Aİİ tələbələrin ölkədə həyata keçirilən könüllülük fəaliyyətində fəalllığına xüsusi əhəmiyyət verir

Bildiyimiz kimi, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini gücləndirmək, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir.

Ölkəmizdə könüllülük fəaliyyəti artıq bir çox sahəyə nüfuz edərək, böyük hərəkata və ictimai həyatımızın müxtəlif sahələrinə yayılaraq gənclərimizin yaşam tərzinə çevrilib. Əminliklə deyə bilərik ki, könüllülük hərəkatı ölkəmizin hər tərəfinə yayılaraq, cəmiyyətin bütün təbəqələrini əhatə edir.

ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllüləri hərəkatlarının fəaliyyəti, o cümlədən digər qurumların tərkibində yaranan könüllü qrupları öz təşəbbüskarlıqları, müasir dünyagörüşləri ilə seçilmiş, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin təşkilində əvəssiz xidmətlər göstərmişlər.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da fəaliyyətə başladığı gündən etibarən, tələbələrin ölkədə həyata keçirilən könüllülük fəaliyyətində fəal olmağa, ölkəmizin inkişafı üçün səylə çalışmağa, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə xüsusi əhəmiyyət verir.

İnstitutda könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün zənginləşdirilməsi və onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyinin təmin edilməsi məqsədilə davamlı maarifləndirmə görüşləri keçirilir.

Bu istiqamətdə baş tutan görüşlərdən biri də BMT-nin Azərbaycan üzrə Könüllülər Proqramının təmsilçisi Kiyoun Kimin “BMT-nin Könüllülər Proqramı” barədə İnstitutumuzda olan təqdimatının keçirilməsidir.

Bundan başqa qeyd etmək lazımdır ki, İnstitutumuz Təhsil Nazirliyinin “Bir” Tələbə Könüllü Proqramına qoşulub. Bu layihə gənclərin fərdi inkişafına, müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarını artırmasına, fəal tələbə həyatı yaşamalarına şərait yaradır.

“Könüllülər ili” çərçivəsində tələbələrimizin daha fəal olmasına inanır, İnstitutumuzda bu istiqamətdə tədbirlər və maarifləndirici görüşlərin keçirilməsini planlaşdırırıq.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanın iki yelkən idmançısı Türkiyədə medal qazanıb

Ca Yan 9 , 2020
Yelkən idmanı üzrə yeniyetmələr arasında Türkiyənin Bodrum şəhərində keçirilən beynəlxalq yarışda Azərbaycanın iki idmançısı medal qazanıb. Astv.news xəbər verir ki, Azərbaycan, Türkiyə, Rusiya və Ukrayna yelkənçilərinin iştirakı ilə üç gün ərzində səkkiz yarış keçirilib. Ayla Babayeva qadınlar qrupunda birinci, Murad İsmayıl kiçik yaş qrupunda ikinci yerə layiq görülüb. Qeyd edək ki, […]

Sosial

İdman

Video