Ailəsinə işgəncə verirmiş – Bir qətlin tarixçəsi

Ağcabədi rayonunda atanın oğlunu öldürməsi hadisəsi ilə bağlı təfərrüat məlum olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qətli törədən Valeh Cəfərovun qardaşı Novruz Cəfərov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib.

Gecə saatlarında sərxoş vəziyyətdə evə gələn Tural Cəfərov atasını nalayiq söyüşlərlə təhqir edib və onu öldürməklə hədələyib.

Məlumata görə, ata və oğul arasında uzun illərdir soyuq münasibət davam edib. Oğurluq etdiyinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayan 30 yaşlı Tural Cəfərov həmişə atasını və anasını döyərək işgəncələr verib. Hadisə baş verən gün Tural atasını və bacısını döyərək ağır xəsarət yetirib. Atası dəhrə ilə oğlunun üz nahiyyəsindən zərbə vuraraq onu qətlə yetirib. Hadisədən sonra 58 yaşlı Valeh Cəfərov könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub. Sağlamlığı yerində olmayan Valeh Cəfərov ruhi xəstəxanada qeydiyyatda olub.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kadırov 23 yaşlı qardaşı oğlunu nazir təyin etdi

Ca Fev 13 , 2020
Rusiyanın Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov 23 yaşlı qardaşı oğlu Həmzət Kadırovu idman naziri təyin edib. “Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri sosial şəbəkədə yazıb. Həmzət Kadırov bu posta təyin edilənədək Kurçaloyev rayonunun rəhbəri olub. Həmzət Kadırov Ramzan Kadırovun 2004-cü ildə ölən böyük qardaşı Zəlimxan Kadırovun […]