Ali Məhkəmə bəraət alan iş adamı ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Məsud Əhmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmişin apellyasiya şikayətinə baxılıb.

Astv.news xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, kassasiya protesti və kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, podoratçı şirkətin rəhbəri olan M.Əhmədov, Cahangir Alışov və digər şəxslərə qarşı ümumilikdə 1 milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət hökmü çıxarıb. M.Əhmədov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmişlər isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.

Oxu.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Milli Məclisin iki deputatı Gürcüstana niyə gedir?

C Dek 6 , 2019
Milli Məclisin deputatları Tahir Mirkişili və Rasim Musabəyov Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak etmək üçün dekabrın 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər. Astv.news məlumatına görə, sessiyada və sessiya çərçivəsində keçiriləcək qurumun müvafiq komitələrində “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, […]

Sosial

İdman

Video