Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib (FOTO)

Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Sivilizasiyalararası Dialoq və Əməkdaşlıq Fondunun (CECF) təsisçisi və prezidenti İmam Məhəmməd Bəşər Ərəfat Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qonağı salamlayaraq, onu İnstitutda görməkdən məmnun olduğunu bildirib. Ali təhsil müəssisəsi haqqında geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, İnstitut dünyanın bir çox ölkəsinin bu sahə üzrə ixtisaslaşmış təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır.

C.Məmmədov daha sonra İnstitutun tədris sahəsində təcrübə qazanmasında əməkdaşlıq əlaqələrinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Rektor elmi-tədqiqat işlərinin aparılmasının, birgə layihələrin reallaşdırılmasının, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, tələbə mübadiləsinin həyata keçirilməsinin önəminə toxunub.

Sonra qonaq Sivilizasiyalararası Dialoq və Əməkdaşlıq Fondunun sülh və əməkdaşlığı təşviq edən tolerant mühitin qorunub saxlanması kimi vacib məsələlərin həyata keçirilməsini qarşısına məqsəd qoyduğunu bildirib.

O, həmçinin ABŞ-da imamlar, alimlər və icma rəhbərləri üçün təşkil edilən təlimlərdən, başlıca qayəsi qarşılıqlı anlaşma əldə etmək, ekstremizm və zorakılığın qarşısını almaq üçün müxtəlif yaş və mədəniyyətlərdən olan insanları bir araya gətirmək olan ABŞ Dövlət Departamentinin Gənclərin Mübadiləsi və Təhsili (YES) Proqramından söhbət açıb.

Daha sonra qonaq İnstitutun müəllim-tələbə heyəti ilə görüşüb. Giriş nitqi ilə çıxış edən rektor Ceyhun Məmmədov qonağı təqdim edərək, görüşün əhəmiyyətini vurğulayıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Millət vəkili: Hakimlərə ən azı 10 min manat maaş verilməlidir

Ça Noy 19 , 2019
Məhkəmə süründürməçiliyi məhkəmə prosesində işlərin uzadılmasıdır. Astv.news məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib. O bildirib ki, hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır: “Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə […]