Anti-Azərbaycan dairələrinin ölkəmiz əleyhinə başlatdıqları qarayaxma kampaniyası müzakirə olunacaq

Astv.news Aztv.az-a istinadla bildirir ki, “Günün nəbzi” verilişinin bugünkü buraxılışı mayın 29-da paytaxtımızda keçiriləcək UEFA Avropa Liqasının final yarışı ilə əlaqədar anti-Azərbaycan dairələrinin ölkəmiz əleyhinə başlatdıqları qarayaxma kampaniyasına həsr olunub.

Verilişdə iştirak edən millət vəkilləri – Tahir Mirkişili, Adil Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və “Yeni Musavat” media qrupunun rəhbəri Rauf Arifoğlu bu qərəzli kampaniyanın pərdəarxası məqamları barədə fikirlərini tamaşaçılarla bölüşəcəklər.

Bu gün Azərbaycan Televiziyasında “Xəbərlər”in əsas buraxılışından sonra Elnar Məmmədlinin təqdimatında efirə gedəcək “Günün nəbzi” verilişinə baxmağı unutmayın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir