ARB TV-də Nazilə Səfərlini Sayqa Cahid əvəzləyəcək

Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu “Ona qalsa” proqramından uzaqlaşdırılıb.

Axşam.az-ın məlumatına görə, onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb.

ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Axşam.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib:

“Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün onun yeri boş qalmasın deyə, verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək”.

N.Səfərli isə bu barədə sualları cavablandırmayıb.

S.Cahidlə əlaqə saxlamaq istəsək də, o, telefona cavab verməyib.

Qeyd edək ki, “Ona qalsa” verilişi mövsümün ortasında “Üç əlli” proqramının əvəzinə həftəiçi beş gün olmaqla yayıma başlayıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şirvanda oğul atasını yumruqla öldürüb - VİDEO

Ca Mar 12 , 2020
Şirvanda dəhşətli qətl törədilib. APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən mənzildə baş verib. 43 yaşlı Xanışov Elşən Zeynal oğlu atası 1949-cu il təvəllüdlü Xanışov Zeynal Əsgərxan oğlu ilə mübahisə edib, bu zaman E.Xanışov atasını yumruq zərbəsi ilə vuraraq qətlə yetirib. Oğul saxlanılıb. Z.Xanışovun meyiti isə müayinə olunması üçün məhkəmə tibb […]