ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi xalq artisti Brilliant Dadaşova olub. Sənətçi ən böyük arzusunun nənə olmaq olduğunu deyib: “İndiki uşaqlar valideynlərini adla çağırırlar. Oğlum da məni adımla çağırır. İstəyərəm mənə nənə desinlər. Nənə sözü çox gözəldir. Oğluma şou-biznesdən qız almaram. Özüm sənətdəyəm heç vaxt şou göstərmirəm. Gəlinimin musiqiçi olmağını istəyərəm, amma şou mənlik deyil. Oğlum özü sevsə sənət insanı ilə evlənməyini istəyərəm, amma şou yox. Onlar başqa təbiətli insanlardır. Akrobatik hərəkətlər mənlik deyil. Gündəm olmaq üçün heç bir hərəkətdən çəkinmirlər. Elə adam mənim gəlinim ola bilməz. Özüm kimi ciddi olmalıdır. Oğluma qarşı necəyəm, gələcək həyat yoldaşına qarşı da elə olacağam. İstəyərəm oğlumu sevsin, oğlum da onu bərk sevsin. Qısqanc qayınana dünya görüşü dar olan adamdır. Hələ gəlin namizəd yoxdur. Oğlum heç kimi bəyənmir”.

Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır.

BDU-nun Mətbuat xidmətindən  verilən məlumata görə, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar.

Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər.
Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ŞAD XƏBƏR - Ölkəni tərk etmədən xarici universietin diplomunu almaq mümkün olacaq - VİDEO

C Noy 22 , 2019
Azərbaycanlı tələbələr ölkəni tərk etmədən dünyanın nüfuzlu univeristetlərinin diplomlarını ala biləcək. Bu yenilik xarici professorların Azərbaycana gəlməsi ilə mümkün olacaq. Bunun üçün Nazirlər Kabineti beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydalarını təsdiq edib. Universitetlər bu sahədə Dövlət Neft Fondu, beynəlxalq təşkilatlar, xarici və yerli investorların vəsaitlərindən müəyyən edilən qaydalar […]

Sosial

İdman

Video