Astara sakini narkotik satarkən tutuldu

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi daha bir uğurlu əməliyyat tədbiri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı kənd sakini Elşad Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, E.Nəsirovun Şahağacı kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İmmuniteti gücləndirən qidalar - SİYAHI

Şb Apr 4 , 2020
Orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdıraraq onları məhv edir. Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və […]