Axtarışda olan 24 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılmışdır.

 

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ana oğlunu əlillikdən xilas etmək üçün kömək istəyir - FOTO

Ç Fev 12 , 2020
Həmyerlimiz Natəvan Kərimli Media.Az-a müraciət edərək 14 yaşlı oğlunun əlil qalmaması üçün kömək istəyib. Oğlanın çanaq sümüyünün dəyişdirilməsi əməliyyatına görə, səkkiz min manata yaxın pul tələb olunur. Zərdab rayonunda kənd məktəbində müəllim işləyən, övladını tək böyüdən 43 yaşlı ana üçün bu böyük məbləğdir. N.Kərimlinin dediyinə görə, o, heç min manat da toplaya […]

Sosial

İdman

Video