Aynişan toy günü başına gələnlərdən danışdı: “Anam bilsə, infarkt keçirərdi”

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan gəlin köçüb.

Astv.news bildirir ki, Aynişan toydan sonra təəssüratlarını və toyda başına gələn problemləri izləyiciləri ilə bölüşüb:

“Oğlan toyunda Qız toyundan tamamilə fərqli obrazda idim. Düzdür, əslində bu tərz heç ağlıma belə gəlməmişdi və ümumiyyətlə, başqa bir paltar hazırlanmışdı. Son anda yaşadığımız texniki problemlərə görə, toya bir neçə saat qalmış gəlinlik donu axtarmaq üçün şəhərə qaçdıq. Heç şişirtmədən, necə var, elə də yazacam. Bir neçəsini geyindim baxdım, amma hamımız buna aşiq olduq. Üstündə Qafqaz elementləri əks olunmuş bu geyimi seçsəm də, bədən quruluşuma oturtmaq əslində bir neçə gün tələb edirdi. Bütün dərzilər əlindəki işlərini dayandırıb sadəcə bu geyimlə məşğul oldu. Cəmi 1 saata gəlinlik hazır oldu və mən artıq sakit, rahat halda evə qayıtdım. Anam deyir ki, yaxşı ki, mənə demədin, yoxsa infarkt keçirərdim”.

Sonxeber.az

.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT

Be Fev 10 , 2020
Daxili İşlər Nazirliyində daha bir təyinat olub. Astv.news  məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Arzu Heydərov Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini təyin edilib. O, bundan əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi vəzifəsində işləyib. Qeyd edək ki, bundan […]

Sosial

İdman

Video