Azərbaycan 100 mindən çox “Kalaşnikov” istehsal edib

Azərbaycan Rusiya lisenziyası üzrə 100 mindən çox “Kalaşnikov AK-74M” avtomatı istehsal edib. 


Bununla bağlı TASS agentliyinə Minskdə keçirilən “MILEX 2019” silah sərgisində iştirak edən Azərbaycan hərbi sənaye kompleksinin nümayəndəsi məlumat verib. 

“Hazırda Azərbaycan lisenziya üzrə 100 mindən çox “AK-74M” avtomatı istehsal edib”, – agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “Kalaşnikov”ların istehsalı 2021-ci ilədək davam edəcək. 

“Ümumilikdə 120 min “AK-74M” silahının istehsalı nəzərdə tutulub”, – o bildirib. 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən “Xəzri” adı altında 5,45 millimetr kalibrli AK-74M avtomatı istehsal edir. “Xəzri” Azərbaycan ordusunun silahlanmasına daxildir. 

“MILEX 2019” sərgisi mayın 15-dən 18-dək Minskdə keçirilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Bəzi müəllimlər uşaqlara yaxşı münasibət göstərmir" - Nazir müavini

Ç May 15 , 2019
“Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var. Bəzən ailədaxili mühit, bəzən də uşaqların psixikasının pozulması intihara səbəb olur”. Astv.News Femida.az-a istinadla xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Onun sözlərinə görə, uşaqların psixikası pozulduqda həkimlər dərhal işə qarışmalıdırlar.  “Bəzən görürsən ki, məktəbdə […]