Azərbaycan alimləri Rusiyada keçirilən beynəlxalq konfransda çıxış ediblər

Rusiyanın Rostov vilayətində “Harmonik analiz və operatorlar nəzəriyyəsinin müasir metodları, problemləri və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və həmin müəssisənin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, AMEA-nın prosessoru Rövşən Bəndəliyev iştirak ediblər.

Astv.News xəbər verir ki, İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın plenar iclasında professor Vaqif Quliyev “Karnot qruplarında kəsr inteqral operator və onun kommutatorunun ümumiləşmiş Orlic-Morri fəzalarında xarakteristikası” mövzusunda məruzə edib. AMEA-nın professoru Rövşən Bəndəliyev isə “Çoxölçülü Hausdorf operatorunun çəkili Lebeq fəzasında məhdudluğu və kompaktlığı” mövzusunda çıxış edib.

Alimlərimiz ezamiyyə müddətində, həmçinin professorlar Yoshihiro Savano, Stefan Samko, Alexandre Almeida, Mixail Qoldman, Elijah Liflyand, Viktor Burenkov və Sergey Vodopyanov ilə görüşərək qarşılıqlı elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir