Azərbaycan mədəniyyətinə ağır itki üz verdi – FOTO

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Respublikanın əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev ömrünün 77-ci ilində vəfat edib.

Qeyd edək ki, Şirin Rzayev 1942-ci il aprelin 25-də Gəncə şəhərində anadan olub.

1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor-dirijorluğu fakültəsini bitirib.

1968-1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərib.

1969-cu ildə Gəncədə ilk dəfə simfonik orkestr yaradan Şirin Rzayev 1980-ci illərin sonunadək onun baş dirijoru kimi fəaliyyət göstərib.

Bu xəbəri Unikal.org saytı yayıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sabahın hava proqnozu açıqlandı: Duman, külək, çiskin

C Fev 14 , 2020
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, […]

Sosial

İdman

Video