Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə qurumun Mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılıb, aşağı həddi isə 5,5%-dən 6,75%-ə qaldırılıb:

“Yaranmış vəziyyətdə AMB qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır”.

Bu qərar bu gündən qüvvəyə minir.

AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə mayın 1-də baxacaq.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda Yoluxucu Xəstəliklər Xəstəxanasında dörd yaşlı uşaq öldü

C Mar 20 , 2020
Gəncə şəhərində dörd yaşlı uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında vəfat edib. Qafqazinfo-nun məlumatına görə, Samux rayonunun Füzuli kəndində yaşayan, 2016-cı il təvəllüdlü Verdiyev Siracəddin martın 11-də sözügedən xəstəxanaya yerləşdirilib. Ona “meninqosenofolit” diaqnozu qoyulub, martın 19-da beyin ödemindən həmin xəstəxanada ölüb. Oxunma sayı : 5

Sosial

İdman

Video