Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 13-də 67,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 64,16 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

2020-ci ildə Azərbaycan qazının Bolqarıstana nəqli üzrə planlar açıqlanıb

Ça Yan 14 , 2020
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) layihələndirilməsi, tikintisi və satınalmalar üzrə podratçısı olan Yunanıstanın AVAX SA şirkəti layihənin reallaşdırılması zamanı yaranan istənilən ləngimənin qarşısını alacaq. Astv.news  bu barədə Bolqarıstanın Energetika Nazirliyinə istinadən məlumat verir. Qeyd olunur ki, IGB-nin tikintisinin gedişatı Bolqarıstanın Energetika naziri Temenujka Petrova, eləcə də […]

Sosial

İdman

Video