Azərbaycan, Rusiya və Gürcüstandan olan aktyorlar eyni səhnəni paylaşacaq

Azərbaycanın paytaxtı Bakıda Azərbaycan, Rusiya və Gürcüstandan olan aktyorlar eyni səhnəni paylaşacaq.

“Sputnik”in yaydığı xəbərə görə, tamaşa Azərbaycan Dövlət Opera və Balet Teatrında fevral ayının 1-də baş tutacaq.

Teatrda xarici ifaçıların iştirakı ilə Rudcero Leonkavallonun “Klounlar” operası nümayiş olunacaq.

Orkestrə Ştutqart Opera və Balet Teatrının baş dirijoru, beynəlxalq drijor müsabiqələri laureatı Mixail Aqrest rəhbərlik edəcək.

Tamaşada Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda partiyası), Cahangir Qurbanov (Silvio partiyası), Əliəhməd İbrahimov (Arlekina partiyası) və Tural Ağasıyev (Kəndli partiyası) da iştirak edəcəklər.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib - FOTO

Be Yan 13 , 2020
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Bununla bağlı AZƏRTAC xəbər yayıb. Oxunma sayı : 29