Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb

Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini Şahin Mustafayev iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 18-ci iclasında deyib.

O bildirib ki, Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,9 milyard dollar investisiya qoyulub.

Nazir müavininin sözlərinə görə, qarşılıqlı investisiyalar sahəsində müsbət dinamika müşahidə olunur.

Ş.Mustafayev əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsi də dayanmadan artır. 2018-ci ildə artım 19 faiz idisə, bu ilin ilk on ayı ərzində 23 faizə bərabər olub.

 

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Zaur Darabzadə: Gənc nəslin yeni yanaşmaları ilə yaşlı nəslin təcrübəsinin birləşdirilməsinə ehtiyac var

Be Dek 9 , 2019
Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyini irəli sürməyi planlaşdıran, çoxsaylı uğurlu layihələrin gənc rəhbəri Zaur Darabzadə “Gənc nəslin yeni yanaşmaları ilə yaşlı nəslin təcrübəsinin birləşdirilməsinə ehtiyac var” adlı məqalə yazıb. Report məqaləni təqdim edir: İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. […]