Azərbaycan üçün yeniyetmələrin Qış Olimpiadası başa çatdı – FOTO

İsveçrənin Lozanna şəhərində keçirilən yeniyetmələrin III Qış Olimpiya Oyunları Azərbaycan üçün başa çatıb.

Astv.news xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi Yekaterina Ryabova yarışı başa vurub.

16 yaşlı rusiyalı fiqurlu konkisürən sərbəst yarışda 169.37 xal qazanıb. O, bu nəticə ilə səkkizinci ola bilib. Birinci yeri Younq You (Cənubi Koreya) tutub. Gümüş və bürünc medallara isə müvafiq olaraq Kseniya Sinitsına və Anna Frolova (hər ikisi Rusiya) layiq görülüb.

Atletimizin çıxışını Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Xanım İbrahimova, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Rauf Xəlilov izləyib.

Qeyd edək ki, Yekaterina Ryabova yanvarın 11-də qısa proqramda çıxış edib. O, 59.30 xalla doqquzuncu olub.

Xatırladaq ki, yarış yanvarın 22-də başa çatacaq.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mingəçevirdə mikroavtobus aşdı: Yaralılar var - FOTO

Ça Yan 14 , 2020
Mingəçevirdə mikroavtobus aşıb. APA xəbər verir ki, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb. “Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb. Qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı  və 1996-cı il təvəllüdlü […]

Sosial

İdman

Video