Azərbaycanda 821 nəfər həlak olub – Yol qəzalarında

2019-cu ildə Azərbaycanın avtomobil yollarında 1870 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

Astv.news məlumatına görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz artaraq 2523 nəfər olub. Onlardan 821-i həlak olub, 1702-si isə yaralanıb.

Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2018-ci ilə nisbətən 1,4 faiz artaraq 564 nəfər, yaralananların sayı 0,2 faiz artaraq 1631 nəfər olub.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanlı güləşçi Avropa çempionatında ilk görüşünü erməniyə qarşı keçirəcək

C Fev 14 , 2020
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir. Astv.news  xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə start verəcək. Bu gün Bakı vaxtı ilə saat 14:30-da ilk beş sərbəst güləşçimiz döşək üzərinə çıxacaq. Son Avropa çempionatının finalçısı Ağahüseyn Mustafayev ilk görüşünü erməni idmançıya qarşı keçirəcək. 57 kq 1/8 final. […]

Sosial

İdman

Video