Azərbaycanda ağac kəsən şirkət 27 min manat cərimələndi

Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bununla bağlı nazirlik məlumat yayıb.

Araşdırma zamanı “Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti altına düşən ağacların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və ağacların bir qisminin kəsildiyi aşkar edilib.

Faktla bağlı icraçı “Bayburd” tikinti şirkəti barəsində protokol tərtib edilib və şirkət 26760 manat məbləğində cərimə olunub.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sumqayıtda mikroavtobus dirəyə çırpıldı: Ölən var - YENİLƏNİB + VİDEO

Ç Yan 22 , 2020
Sumqayıtda baş verən qəzada ölən piyadanın kimliyi müəyyənləşib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxs 1993-cü il təvəllüdlü Tural Məmmədovdur. 09:29 Sumqayıtda baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb. Bu barədə Oxu.Az-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mikroavtobus yolu keçmək istəyən piyadanı vurub. Nəticədə, piyada hadisə yerində […]

Sosial

İdman

Video