Azərbaycanda bir ildə məhsul və xidmətlərə 50 milyard manatdan çox pul xərclənib

2019-cu ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 50,7 milyard manat olmaqla 2018-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artıb.

Astv.news məlumatına görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2018-ci ilin səviyyəsini real ifadədə 3,6 faiz üstələyərək 48,7 milyard manata bərabər olub, onun 49,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ilində istehlak bazarında bir istehlakçı orta hesabla ayda 426,2 manatlıq və ya 2018-ci illə müqayisədə 20,9 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nazirlər Kabinetində görüşdə Azərbaycan–Rusiya iqtisadi əlaqələrinin inkişafından danışılıb

Şb Yan 25 , 2020
Yanvarın 24-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ilə görüşüb. Astv.news məlumatına görə, Baş Nazir Əli Əsədov Mixail Qusmanı yubileyi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Görüşdə Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin getdikcə […]

Sosial

İdman

Video