Azərbaycanda dəhşət: Ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı – FOTO

Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qəmbərova və onun yaş yarımlıq övladı Hilal Orxan oğlu Qəmbərov səhər saatlarında ölü tapılıb.

Report xəbər verir ki, körpənin meyiti Şüşün kəndində evdə, ananın nəşi isə həyətdəki su quyusunda aşkarlanıb.

Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda qızı vurub qaçan şəxs saxlanıldı

Şb Fev 22 , 2020
Bakıda 23 yaşlı qızı avtomobillə vurub qaçan şəxs saxlanılıb. Oxu.Az xəbər verir ki, hadisə yanvarın 26-da axşam saat 20 radələrində Nəsimi rayonu, D.Əliyeva küçəsində baş verib. Naməlum avtomobil Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü T.Xıdırovanı vuraraq hadisə yerindən qaçıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil […]

Sosial

İdman

Video