Azərbaycanda daha iki nəfər koronavirusa yoluxub – RƏSMİ

Azərbaycan Respublikasında iki yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Oxu.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycandan Rusiyanın bu şəhərinə də uçuşlar dayandırılır

Be Mar 16 , 2020
Azərbaycan hökuməti yanında operativ qərargahın təhlükəsizlik tədbirlərinə əsasən, Rusiyanın bəzi şəhərləri ilə hava əlaqəsi dayandırılıb. TASS-ın xəbərinə görə, bu tədbirlər koronavirusun yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub. Azərbaycan Hava Yolları tərəfindən Bakı-Ufa-Bakı reysi ilə uçuşlar martın 17-dən etibarən dayandırılır. Ufa ilə yanaşı, Kazan, Surqut, Mineralnıye Vody, Krasnoyarsk və Yekaterinburqa da uçuşlar ləğv […]