Azərbaycanda genetik modifikasiya olunmuş məhsullar satılır? – RƏSMİ cavab

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkədə genetik modifikasiya olunmuş məhsulların satılması barədə yayılan məlumatlara münasibət bildirib.

Astv.news Trend-ə istinadən xəbər verir ki, qurum sədri deyib ki, bu yaxınlarda özünü ekspert adlandıran bir şəxs Azərbaycana idxal olunan məhsulların 99 faizinin genetik modifikasiya olunduğunu iddia edib. Amma bu, tamamilə yanlış məlumatdır.

Q.Təhməzli qeyd edib ki, bütün dünyada 30 adda bitki genetik modifikasiya olunub. 30 adda bitkinin 504 növü məlumdur: “Onların arasında mətbuatda adı çəkilən bir çox məhsulların adı yoxdur. Məsələn, çiyələk, qarpız, armud, gilas, albalı, xiyar və s. bunlara aiddir. Çox təəssüf ki, bəziləri insanlara yanlış informasiya verir və həmin məhsulları genetik modifikasiya olunmuş məhsul kimi təqdim edirlər. Onlar seleksiya olunmuş məhsullarla genetik modifikasiya olunmuş məhsulları bir-biri ilə qarışdırırlar. Genetik modifikasiya olunmuş məhsullar bilavasitə ərzaq təhlükəsizliyinin təmini üçün aparılır. Dünyada ən çox genetik modifikasiya olunmuş məhsul qarğıdalıdır”.

AQTA sədri əlavə edib ki, Azərbaycana idxal olunan bütün məhsullar yoxlanılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vilayət Eyvazovdan daha bir təyinat

Ça İyl 9 , 2019
Daxili İşlər Nazirliyində yeni təyinat baş tutub. Astv.news xəbər verir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə şəhər, Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə Anar Tofiq oğlu İmamquliyevi yeni rəis təyin edib. Qeyd edək ki, Anar İmamquliyev bu vəzifəyə qədər DİN Baş İstintaq və Təhqiqat […]

Sosial

İdman

Video