Azərbaycanda məktəbdə partlayış olub, xəsarət alan var – YENİLƏNİB + FOTO

Yevlax Şəhər Təhsil Şöbəsi Yevlaxdakı 1 saylı orta məktəbin qazanxanasında baş vermiş partlayışla bağlı məlumat yayıb.

APA Təhsil Şöbəsinə istinadən xəbər verir ki, yanvarın 9-da gecə saat 3-4 radələrində şəhər 1 saylı tam orta məktəbin qazanxanasında partlayış baş verib və yanğın olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə nəticəsində məktəbin gözətçisi Ramiz Quliyev yanıq xəsarəti ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına, oradan da Bakı şəhərinə – 5 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəstənin vəziyyəti kafidir. Baş verən hadisə zamanı digər xəsarət alan olmayıb.

Məktəbin istilik sistemi qurğusu istismara yararsız vəziyyətə düşdüyündən hazırda bununla bağlı iş aparılır.

19:38

Yevlax rayonunda orta məktəbdə partlayış olub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə 1 saylı orta məktəbin qazanxanasında baş verib.

Partlayış zamanı məktəbin gözətçisi Ramiz Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirlib.

Qeydə alınan hadisə axşam saatlarında baş verdiyindən şagird və müəllimlərdən zərər görən olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qadın voleybolçularımız Olimpiadada olmayacaq

C Yan 10 , 2020
Qadın voleybolu üzrə Azərbaycan millisi Tokio Olimpiadasına çıxmaq şansını tamamilə itirib. Astv.news xəbər verir ki, Niderlandın Apeldoorn şəhərində keçirilən Avropa Təsnifat Turnirində millimiz Bolqarıstana 1:3 (23:25, 19:25, 25:21, 22:25) hesabı ilə uduzub. Qrupun digər oyununda Polşa meydan sahibi Niderlanda 3:1 hesabı ilə qalib gəlib. Bununla da Vasif Talıbovun komandası Olimpiadaya çıxmaq […]

Sosial

İdman

Video