Azərbaycanda məşhur özəl klinika cərimələndi

“Atlas Medical Center” MMC açıq məkanda reklam haqqında qanunvericiliyi pozduğu üçün beş min manat cərimə edilib.

Astv.news xəbər verir ki, bu barədə qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb.

Klinika İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, həmçinin, onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.

Qərarından narazı qalan “Atlas Medical Center” MMC apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azyaşlıları daşıyan avtobus qəzaya düşdü: Yaralılar var

Ça Fev 11 , 2020
Rusiyanın Krasnoyarsk vilayətində azyaşlıları daşıyan avtobus qəzaya düşüb. Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin (DİN) vilayət üzrə rəsmi saytında yayılan xəbərə əsasən məlumat yayıb. Xəbərdə bildirilir ki, “Volkswagen” markalı mikroavtobus Boquçanı-Yurubçen-Baykit avtomobil yolunun 6-cı kilometrliyində “İveco” markalı yük avtomobili ilə toqquşub. Mikroavtobusda 10-12 yaş arası 15 uşaqdan ibarət xoreoqrafiya […]