Azərbaycanda ötən il ərzində doğulan körpələrin sayı açıqlanıb

2019-cu ildə Azərbaycanda 141 179 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci illə müqayisədə 14,2-dən 14,3-ə qədər artıb.

Astv.news  məlumatına görə, körpələrdən 3356-sı əkiz, 108-i üçəm, 8-i isə dördəm doğulanlardır.

Əhalinin hər 1000 nəfərinə doğum Dağlıq Şirvan (16,7), Kəlbəcər-Laçın (16,0), Aran (15,6), Quba-Xaçmaz (15,5), Lənkəran (15,4) və Yuxarı Qarabağ (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən (14,3) yüksək olub.

Ötən il ölkədə 55916 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kənd Təsərrüfatı Nazirliyi gəmiricilərə qarşı mübarizə tədbirlərini artırıb

Ç Fev 12 , 2020
Yer kürəsində iqlim şəraitinin dəyişməsi nəticəsində quraqlığın yaranması bitki və tərəvəzçiliyə o qədər də təsir etməyə bilər. Astv.news məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib. Onun sözlərinə görə, artıq yağıntılar başlayır və bu da bitkiçilik sahəsində problem yaratmayacaq: […]