Azərbaycanda qadın üç dəfə zorla ərə verilib: Axırıncı əri döyüb xəstəxanalıq etdi – FOTO

Azərbaycanda əri tərəfindən körpələrinin gözü önündə döyülən qadının vəziyyəti ağırlaşıb və o, xəstəxanaya yerləşdirilib.

Bu barədə Oxu.Az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib.

Qeyd edilib ki, həyat yoldaşı 39 yaşlı Rəna Mirzəyevanı (ad şərtidir) iki körpənin gözləri qarşısında döyüb:

“Qadın özünü güclə sığınacağa çatdırıb və dərhal xəstəxanaya yerləşdirilib”.

Birlikdən qeyd edilib ki, döyülən qadın 22 yaşında anasının təkidi ilə ailə həyatı qurub:

“Övladı olmadığı üçün əri ondan ayrılıb. Boşandıqdan sonra anası onu üç uşaqlı bir kişiyə ərə verib. Beş ay sonra qadın hamilə qalıb. Kişi uşağın qız olacağını öyrəndikdən sonra isə qadını evinə göndərib. Ana qızını üçüncü dəfə də ailə həyatı qurmağa məcbur edib. Bu evlilikdən qadının bir övladı da dünyaya gəlib”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib

C Yan 24 , 2020
Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib. APA-nın verdiyi məlumata görə, yanvarın 23-ü gecə saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır. Qusarın Ləzə kəndində temperatur mənfi 17 dərəcəyədək düşüb. Ən çox qar Qusar rayonu ərazisində qeydə alınıb. Rayonun Ləzə kəndində qarın hündürlüyü […]