Azərbaycanda yeni futbol millisi yaradılmasına ehtiyac qalmadı

Azərbaycanın 23 yaşadək futbol millisinin (U-23) yaradılması ideyası qəbul edilməyib.

Astv.news xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov “Azərbaycan Radio”suna müsahibəsində bildirib.

O, bununla bağlı konkret qərar verildiyini deyib:

“Son İcraiyyə Komitəsinin iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə, U-23 millisi yaratmağa ehtiyac yoxdur. Çünki 22 və ya 23 yaşlı futbolçu əsas millidə oynamalıdır.

Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı iki nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuz da Azərbaycan Premyer Liqasında limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.

Qeyd edək ki, Olimpiada sistemində U-23 komandalar çıxış edir. Ancaq Avropada yalnız U-21 millisi seçmə mərhələlərdə çıxış edə bilir.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İdris İsayev: “Rəqəmsal bacarıqlar” layihəsinə 70 mindən artıq şagird cəlb edilib

Ca Fev 13 , 2020
İqtisadi inkişafın dinamikası fonunda təhsil sisteminin müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması mühüm vəzifələrdən biridir. Astv.news xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Təhsil nazirinin müavini İdris İsayev deyib. İ.İsayevin sözlərinə görə, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulmuş hədəflərə nail olmaq […]

Sosial

İdman

Video