Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı açıqlandı

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanandan bu günə qədər müraciət edənlərin sayı 60 nəfəri ötüb.

Astv.news xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə məlumat verilib. Qeyd olunub ki, zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər.

Həcc ziyarətinin qiymətində artımın olması isə otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-dən başlanılacaq. Ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il ziyarətin qiyməti 4285 dollar təşkil edib.

Keçən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.

Sonxeber.az

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda qəbiristanlıqda ŞOK CİNAYƏT – Bürünc lövhəni sökdülər

Ça Fev 11 , 2020
Bakıda oğurluq etmiş şəxslər tutulub. Astv.news  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də rayon ərazisindəki bir qəbirin üzərində quraşdırılmış bürüncdən hazırlanmış lövhəni sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Yarıyev, əvvəllər məhkum olunmuşlar – H.Mustafayev və S.Vahabov saxlanılıblar. Araşdırma […]