Azərbaycanın bəzi ərazilərinə 8 sm hündürlüyündə qar yağıb

Azərbaycanın bəzi ərazilərinə 8 sm hündürlüyündə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan MR, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

Yanvarın 13-də havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə isə 10-13 dərəcə şaxta təşkil edib.

 

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Jurnalistə nazirlikdə vəzifə verdilər

Be Yan 13 , 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Astv.news Trend-ə istinadən bildirir ki, bu vəzifə Elşən Allahverdiyevə həvalə edilib. O, bundan əvvəl ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi olub. Daha əvvəl Elşən Allahverdiyev Azərbaycan Televiziyasında (AZTV) […]

Sosial

İdman

Video