Azərbaycanın rayonlarında metro tikilməsilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda “Bakı Metropoliteni”nin qarşısında duran əsas tapşırıq paytaxtda yeni stansiya və xətlərin tikintisidir.

Astv.news xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə metropolitenin yaxın gələcək planları ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, 2020-ci il ərzində Bakıda yeni metro stansiyasının işə düşməsi gözlənilir:

“Hazırda “B 3” stansiyasının əsas tikinti işləri başa çatıb. Stansiyanın qatar yolu hazırdır və mərmər döşənməsi işləri gedir. İşlər qaydasında gedərsə, “B 3″ stansiyası il ərzində sərnişinlərin istifadəsinə veriləcək”.

B.Məmmədov deyib ki, regionlarda metro stansiyalarının tikintisi barədə “Bakı Metropoliteni”ndə heç bir müzakirə aparılmır:

“2011-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi” təsdiqlənib.

Bu sənədə əsasən ölkənin digər regionlarında metro stansiyalarının tikintisi planlaşdırılmır”.

Sonxeber.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Tahir Budaqov: Siyahıyaalmadan kənarda qalan şəxslərin hamısının siyahıyaalınması təmin edilib

Ç Yan 22 , 2020
Siyahıyaalmadan kənarda qalan şəxslərin müraciətləri əsasında onların hamısının siyahıyaalınması təmin edilib. Astv.news məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib. Siyahıyaalmanın bütün dünyada BMT-nin elan etdiyi raund əsasında həyata keçirildiyini deyən T.Budaqov əlavə edib ki, əhalinin müəyyən faizi siyahıyaalınmadan kənarda qala bilər: “Amma son vaxtlar siyahıyaalınma ənənəvi üsullarla […]

Sosial

İdman

Video