Azərbaycanla Misir hərbi əməkdaşlığı müzakirə etdi

Martın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

Müdafiə Nazurliyindən “Report”a verilən məlumata görə, Azərbaycan ilə Misir arasında mövcud dostluq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun daim inkişaf etdiyini qeyd edən nazir hərbi sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki sabitliyə mənfi təsir göstərir.

Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrinin daha da genişləndirilməsinə önəm verdiyini vurğulayıb.

Görüşdə tərəflər hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İranın Səhiyyə Nazirliyi: Koronavirusa qarşı dərman nisbi nəticələr verir

Ç Mar 11 , 2020
İranın yeni koronavirusa qarşı sınaq üçün istehsal etdiyi “Actemra” (Tocilizumab) dərmanı bəzi ağır simptomları nisbətən yaxşılaşdırıb. Trend xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur ISNA informasiya agentliyinə açıqlamasında deyib. K.Cahanpurun sözlərinə görə, dərman istifadə edildikdən sonra 48 saat ərzində xəstəliyin simptomları […]