Azərbaycanlıların ən çox getdiyi ÖLKƏLƏR

2020-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artaraq, 820,6 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Ölkə vətəndaşlarının 38,4 faizi İrana, 29,1 faizi Gürcüstana, 17,3 faizi Rusiya Federasiyasına, 9,9 faizi Türkiyəyə, 5,3 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,8 faizini kişilər, 32,2 faizini qadınlar təşkil edib.

Bu dövrdə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 19,9 faiz, İrana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 8,7 faiz artıb. Rusiya Federasiyasına gedənlərin sayı isə 1,7 faiz azalıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

Şb Apr 4 , 2020
İtaliyada son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 766 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 14 681 nəfərə çatıb. Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamenti xəbər yayıb. Məlumatda bildirilib: “Hazırda koronavirusa yoluxanların sayı 85 388 nəfər təşkil edir”. Ölkədə ötən sutka ərzində 1 […]