“Azəriqaz” “smart-kart” tipli sayğaclardan imtina məsələsinə münasibət bildirdi

Bu gün bir sıra informasiya mənbələrində “Azəriqaz” İstehsalat Birliyinin “smart-kart” tipli sayğaclardan imtina etməsi və ümumiyyətlə, bundan sonra bu nəsil sayğacların quraşdırılmayacağı barədə yayılan məlumatlara “Azəriqaz” İB rəsmi münasibət bildirib.

“Azəriqaz” İB rəsmi olaraq yazılan məlumatların həqiqətə uyğun olmadığını və belə bir qərarın qəbul edilmədiyini bəyan edib.

Məlumatda qeyd olunub ki, Birlik maliyyə imkanlarını nəzərə alaraq “İTRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb. “Azəriqaz” İB belə hesab edir ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq. Digər tərəfdən “smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək.

Məsələn, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır. Ona görə də belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək.

Daha bir məqama diqqət çəkmək istərdik ki, mexaniki sayğaclardan istifadə edən abonentlərimizin ödənişləri son illər xeyli yaxşılaşıb, yığımlar demək olar ki, 100% yerinə yetirilir. Belə olan halda, mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu həm də “Azəriqaz” İB üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur.

Bəzi mətbuat orqanlarında “smart-kart” tipli sayğacların daha çox problem yaratdığı barədə deyilənlər də düzgün yanaşma deyil. Çünki “İTRON GALLUS” şirkətinin istehsal etdiyi sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb və “Azəriqaz” İB-nin aldığı bu qurğularda hər hansı problem yaşanmır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Lord" Ramal dünya kəməri döyüşünə dəvət aldı

C Noy 15 , 2019
Kikboksinq üzrə dünya çempionu olan Ramal Aslanova daha bir yarışdan təklif gəlib. Barədə məlumatı Ramal “Lord” Aslanovun şəxsi məşqçisi Hakim Hacıyev xəbər verib. Onun sözlərinə görə, kikboksinqin WAKO versiyası üzrə 75 kq-da çempion olması onun dünya ictimaiyyətinin diqqət mərkəzinə düşməsinə səbəb olub: “Bildiyiniz kimi, ötən ay Bosniya və Herseqovinanın paytaxtı […]

Sosial

İdman

Video