“Azəriqaz”: Yeni sayğaclara müdaxilələr azalacaq

“Azəriqaz” İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutuları təqdim edir.

Birlikdən Trend-ə verilən məlumata görə, qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək. Xarici təsirlərə – xüsusən də zərbələrə davamlıdır.

Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Qutu ayrılıqda 2 yerdən möhürlənəcək. Abonent ilə Birlik arasındakı yersiz mübahisələr, ittihamlara əsas qalmayacaq. Dövlət yoxlanışı zamanı sayğac qutu ilə birlikdə götürüləcək və müvafiq müəssisədə abonentin öz iştirakı ilə açılaraq lazımı prasedura təqdim ediləcək. Abonent mexaniki sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya bilər, elektron sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkündür.

Qutularla bağlı video-çarxı və Birliyin baş direktorunun bu barədə müsahibəsini buradan yükləyə bilərsiniz: https://we.tl/t-KqxJJener1

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

DTX Neftçalada vəzifəli şəxslərin tutulmasının görüntülərini yaydı - ANBAAN VİDEO

Şb Fev 22 , 2020
Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir. Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq […]

Sosial

İdman

Video