Azyaşlıları daşıyan avtobus qəzaya düşdü: Yaralılar var

Rusiyanın Krasnoyarsk vilayətində azyaşlıları daşıyan avtobus qəzaya düşüb.

Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin (DİN) vilayət üzrə rəsmi saytında yayılan xəbərə əsasən məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Volkswagen” markalı mikroavtobus Boquçanı-Yurubçen-Baykit avtomobil yolunun 6-cı kilometrliyində “İveco” markalı yük avtomobili ilə toqquşub.

Mikroavtobusda 10-12 yaş arası 15 uşaqdan ibarət xoreoqrafiya kollektivi olub. Onlardan üçü qəza zamanı xəsarət alıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Havanın kəskin soyuması ilə əlaqədar iki sosial sığınacaq gücləndirilmiş rejimə keçdi - RƏSMİ

Ça Fev 11 , 2020
Hava şəraitinin kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacaqları gücləndirilmiş iş rejimində işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sığınacağa ehtiyacı olanların Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və ya Baxımsız, kimsəsiz və […]

Sosial

İdman

Video